Nigeriyanın Niger əyalətində sərnişin gəmisi batıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 29 nəfərin öldüyü bildirilir.
Nigeriya Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyinin baş direktoru Abdullahi Baba-Arah verdiyi açıqlamada, ştatın Tuqan Sule bölgəsində sərnişin və həddindən artıq yük daşıyan gəminin çayda ağaca çırpılaraq batdığını deyib.
Baba-Arah qeyd edib ki, ilkin məlumata görə, qəzada 29 nəfər həyatını itirib, 50 nəfər isə xilas edilib. Baba-Arah qayıqda təxminən 90 nəfərin olduğunu və ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Nigeriyada yağışlı mövsümdə çaylarda bəzən qayıq qəzaları baş verir. Bu yaxınlarda, avqustun 31-də Zamfara əyalətinin Birnin Magaji bölgəsində sərnişin qayığının batması nəticəsində 13 nəfər həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə