Portuqaliyanın paytaxtı Lissabonda tramvayın relsdən çıxması nəticəsində beşi ağır olmaqla 15 nəfər ölüb, 18 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkə mətbuatında çıxan xəbərlərə görə, Lissabonun simvolik tikililərindən biri və məşhur turizm məkanı olan Gloria tramvayı yerli vaxtla saat 18:00 radələrində relsdən çıxıb.
Qəzada on beş nəfər ölüb, beşi ağır olmaqla 18 nəfər yaralanıb. Portuqaliya prezidenti Marselo Rebelo de Sousa verdiyi açıqlamada qəzada ölən və yaralananları təsdiqləyib və kədərini ifadə edib. Sosial şəbəkələrdə yayılan videoda tramvaydan qalxan tüstü və insanların dağıntılar altından çıxarıldığı görünür. Bu arada Portuqaliya hökuməti qəza ilə əlaqədar bir günlük milli matəm, Lissabon bələdiyyəsi isə üç günlük matəm elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə