ABŞ bu ölkə ilə vizasız rejimi dayandırdı

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Argentina ilə vizasız rejim haqqında sazişin imzalanması prosesini dayandırıb. SİA xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib. Belə ki, qərar artıq sənədi imzalamaq üçün Vaşinqtona gedən Argentina nümayəndə heyətini də təəccübləndirib. Nazirlik qərarın səbəbini isə hazırda lazımi imzalardan birinin olmaması və ölkə prezidenti Xavyer Meyli ilə bağlı korrupsiya qalmaqalı ilə əlaqələndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə