ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı sülh prosesini irəlilətmək cəhdi nəticə verməyib. SİA xəbər verir ki, bu barədə “Tayms" nəşri məlumat yayıb. Məlumata görə, Tramp iki həftə ərzində Rusiya lideri Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş təşkil etməyi planlaşdırsa da, bu müddət bitib, danışıqlar isə baş tutmayıb. Bilfirilir ki, Tramp Putinə münaqişəni izah edərkən vəziyyəti “iki uşağın həyətdə dalaşmasına” bənzədib: “Onlar döyüşməyə davam edəcəklər, ta ki, yorulub dayanmağa məcbur olana qədər”. Tramp əlavə edib ki, hər iki tərəf əzab çəkməyə davam edə bilər və yalnız bundan sonra onları ayırmaq mümkün olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə