ABŞ Dövlət katibi Marko Rubio Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə telefonla danışıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tərəflər Rusiya-Ukrayna müharibəsini danışıqlar yolu ilə həll etmək üçün diplomatik səyləri davam etdirmək barədə razılığa gəliblər.
Dövlət katibi Fələstin Dövlətinin birtərəfli şəkildə tanınmasına Birləşmiş Ştatların qəti etirazını çatdırıb və bildirib ki, bu addım HƏMAS-ı 7 oktyabr hadisəsi üçün mükafatlandıracaq və bütün girovların evə qaytarılması səylərinə mane olacaq. İki ölkə rəsmisi İran, Sudan və Konqo Demokratik Respublikasına dair müzakirə aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə