ABŞ-a yollanan 14 min miqrant geri qayıdıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının dəstəyi ilə Kolumbiya, Panama və Kosta-Rika hökumətləri tərəfindən dərc edilən hesabatda göstərilir. Hesabata görə, onların demək olar ki, hamısı venesuelalıdır. Məlumata əsasən, bunlar Venesuelanın uzun sürən iqtisadi, sosial və siyasi böhranlarından qaçmaq üçün ABŞ-a üz tutan və yeni immiqrasiya siyasəti ilə qarşılaşdıqları üçün geri qayıdan miqrantlardır.
Qeyd olunur ki, Kolumbiya və Panama sərhədindəki təhlükəli Darien dəhlizi vasitəsilə 2023-cü ildə yarım milyondan çox miqrant keçib və bu rəqəm pik həddə çatıb. Bu axın 2024-cü ildə bir qədər ləngiyib, lakin bu ilin əvvəlində demək olar ki, tamamilə sıfırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə