Rabat meri: Bakı şəhəri ilə əlaqələrin inkişafında maraqlıyıq

Bakı şəhəri ilə əlaqələrin dərinləşməsində maraqlıyıq. Bu sahədə mümkün birgə layihələrin nəzərdən keçirilməsi faydalı ola bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Rabat şəhərinin meri xanım Fatiha əl-Mudni Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədovla görüşündə deyib.

Görüşdə, həmçinin regionlar arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib, xüsusilə iki paytaxt şəhər Bakı və Rabat arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Bu kontekstdə, Azərbaycan tərəfinin təşəbbüsü ilə irəli sürülmüş Bakı və Rabat şəhərləri arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən Anlaşma Memorandumunun tezliklə imzalanacağına inam ifadə olunub.

Daha sonra Rabat şəhərinin merinə cari ilin oktyabrında Xankəndi və Bakıda təşkil ediləcək 3-cü Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakla bağlı dəvət məktubu təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə