Husilər Yəməndə BMT-nin 11 əməkdaşını saxlayıb

Husilər Yəməndə BMT-nin 11 nümayəndəsini saxlayıblar. SİA xəbər verir ki, bu barədə BMT Baş katibinin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib. O, BMT əməkdaşlarının qanunsuz həbslərinin yeni dalğasını, həmçinin təşkilatın binalarına zorla daxil olmanı, əmlakların müsadirə edilməsini qətiyyətlə pisləyib.

“Saxlanılardan əlavə BMT-nin daha 23 əməkdaşı həbsdədir. Onlardan bəzisi 2021 və 2023-cü ildən saxlanılıb”, - deyə Qrundberq bildirib.

Həmçinin qeyd olunub ki, bu ilin əvvəlində bir məhbus həbsdə ölüb.

Qrundberq BMT-nin bütün işçilərini, həmçinin yerli və beynəlxalq QHT işçilərini dərhal azad edilməsini tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə