Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib

Əfqanıstanda 6 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ Əsədabad şəhərindən 34 km cənub-qərbdə baş verib. Zəlzələ ocağı Yerin 10 km dərinliyində yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə