Rusiya benzin ixracına qoyulan qadağanı uzadıb

Dronların neft emalı zavodlarına zərbələr endirməsi fonunda.

Rusiya hökuməti benzinin ixracına qoyulan qadağanın müddətini uzadıb.

SİA-nın məlumatına görə, bu barədə avqustun 27-də Rusiya Nazirlər Kabinetinin Teleqramında bildirilib.

Əvvəlki ixrac qadağası hökumət tərəfindən fevral ayında qoyulub və avqustun 31-dək qüvvədədir.

Hazırda məhdudiyyətlər neft məhsullarının birbaşa istehsalçıları tərəfindən həyata keçirilən tədarüklərə də şamil edilir.

Benzinə yeni məhdudiyyətlər sentyabrın 1-dən oktyabrın 31-i daxil olmaqla, qüvvədə olacaq.

…Qadağa 2025-ci il sentyabrın 1-dən sentyabrın 30-dək bütün ixracatçılara şamil ediləcək: həm neft məhsulları istehsalçıları, həm də qeyri-istehsalçılar. Oktyabrın 1-dən benzin istehsalçıları üçün məhdudiyyətlər aradan qaldırılacaq", - məlumatda deyilir. Rusiya hökuməti qeyd edib ki, bu qərar “daxili yanacaq bazarında sabit vəziyyəti saxlamaq” məqsədi daşıyır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə