Almaniya kansleri Fridrix Merz çərşənbə günü, avqustun 27-də bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatmalıdır, lakin “heç bir bahasına deyil”.
SİA-nın məlumatına görə, “The Guardian” yazır.
Merz Avropa liderlərinin Kişinyovda keçirdiyi birgə mətbuat konfransında deyib ki, “...Biz Ukraynanın təslim olmasını istəmirik. Belə bir təslimiyyət Rusiyaya yalnız vaxt verəcək və Putin bu vaxtdan növbəti müharibəyə hazırlaşmaq üçün istifadə edəcək”.
Kansler həmçinin Moldova üçün "Aİ-nin qapılarının açıq qaldığını" vurğulayıb və islahatlara kömək etmək üçün alman mütəxəssislərini göndərməklə dəstəyi davam etdirəcəyini vəd edib.
Rusiyanın təcavüzkar hərəkətləri və Moldova demokratiyasına müdaxilə cəhdləri ilə bağlı Moldovanın narahatlığını şərh edən Merz əmin edib ki, Avropa “azadlıq və suverenlik uğrunda mübarizədə sizinlə qalacaq”.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə