Kanadanın Baş naziri Mark Karni vurğulayıb ki, müttəfiqlər bu görüş baş tutana qədər Ukraynaya yardım göstərməyə davam etməlidirlər. Rusiyanın hakim rejiminin başçısı Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə müharibənin dayandırılması şərtlərini müzakirə etmək üçün görüşməkdən qorxur. “Ukrinform” xəbər verir ki, bunu Kanadanın baş naziri Mark Karni mətbuat konfransında deyib.
Kanada hökumətinin başçısı hesab edir ki, “Putin daim şərtlər irəli sürür və gecikdirir, çünki bu görüşdən qorxur”. O qeyd edib ki, Zelenski Putinlə “istənilən neytral ərazidə” görüşməyə hazırdır. "Yəni o, Putinin Kiyevə səfərini gözləmir, amma özü də bu görüş üçün Moskvaya getməyi planlaşdırmır. Bununla belə, istənilən yer (onun üçün - red.) yaxşıdır".
Baş nazir əlavə edib ki, müttəfiqlərin bu görüş baş tutana qədər Ukraynaya yardımı davam etdirməsi vacibdir. Yada salaq ki, Kanada hökumətinin başçısı Kiyev üçün gələcək təhlükəsizlik zəmanətləri çərçivəsində Kanada hərbçilərinin Ukraynada olmasını istisna etməyib.
VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə