“Ölülər krallığı...”

Serebryanski meşəsi dəhşətli adını necə aldı..?

...“Luqansk Xalq Respublikası”nın istefada olan polkovnik-leytenantı Andrey Maroçko bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin Luqansk yaxınlığındakı Kremenski meşələrində Ukraynada itkin düşənlər siyahısında olan çoxlu sayda ölü əsgəri qalıb.

SİA xəbər verir ki, bu barədə “Arqumentı i faktı”ya Maroçko məlumat verib.

O, bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin böyük itkilərinə görə Serebryanski meşə təsərrüfatı “ölülər krallığı” adlanır.

Polkovnik-leytenant bəyan edib ki, Ukrayna Kremenski meşələrindən hərbçilərin cəsədlərini aparmayıb.

...Hərbilər uzun müddətdir orada yatıb və heç kim onları evakuasiya etmir. Buna görə də Ukrayna silahlıları arasında Serebryanski meşə təsərrüfatı ilə bağlı belə fikir mövcuddur, - Maroçko bildirib.

...Hərbi müxbir Yuri Kotenok daha əvvəl bildirmişdi ki, Rusiya Silahlı Qüvvələri Serebryanskoye meşə təsərrüfatının təmizlənməsini davam etdirir, Çervona Dibrova kəndinin cənubundakı göllərə doğru irəliləyir, həmçinin Kolodezi və Stavki bölgələrində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə