Almaniya kansleri Fridrix Merz Rusiya Bankının Euroclear-da dondurulmuş aktivlərinin müsadirə edilməsinin nəticələri barədə xəbərdarlıq edib.
SİA-nın məlumatına görə, bu barədə TASS xəbər verir. Merzin fikrincə, bu pulların müsadirə edilməsi Euroclear depozitarının yerləşdiyi ölkə kimi Belçika üçün nəticəsiz qalmayacaq.
...Mərkəzi Bankın bu cür aktivlərinə toxunulsa, kapital bazarı üçün nəticələri də görürəm, - deyən kansler Belçikanın baş naziri Bart de Veverin oxşar narahatlıqlarını bölüşdüyünü vurğulayıb.
Belçika hökuməti başçısının sözlərinə görə, Brüssel Rusiyanın dondurulmuş aktivlərini müsadirə etsə, bunun sistemli nəticələri olacaq.
...De Vever etiraf edib ki, bu pulu müsadirə etməyi xəyal edən hökumətlər var, lakin sonra Avropa İttifaqı digər ölkələrin maliyyələrini Aİ-dən geri çəkməyə başlaması ilə üzləşmək riski daşıyır.
De Veverə görə, ən yaxşısı vəziyyəti indiki kimi buraxmaqdır. 2025-ci ilin birinci rübündə Euroclear-ın dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi gəlir illik müqayisədə 7,5 faiz azalıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə