Mask "Apple" və "OpenAI" şirkətlərinə qarşı iddia qaldırdı

İlon Maskın "xAI" və "X" şirkətləri "Apple Inc" və "OpenAI" şirkətlərini məhkəməyə verib. SİA xəbər verir ki, şirkətlər gizli sövdələşmədə və haqsız rəqabətdə ittiham edilib. Bildirilib ki, "Apple"ın "OpenAI" şirkətinə məxsus "ChatGPT" proqramını "iPhone" əməliyyat sisteminə inteqrasiya etmək qərarı azad rəqabətə xələl gətirir və istehlakçıları seçim hüququndan məhrum edir. Sənəddə iddia olunub ki, Apple və OpenAI smartfonlar və generativ süni intellekt bazarlarında inhisar mövqelərini saxlamaq üçün gizli sövdələşmələyə giriblər. Qeyd edək ki, "xAI" şirkəti "Grok" çat-botun tərtibatçısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə