Tramp: Qəzzada döyüşlər yaxın 2-3 həftə ərzində bitə bilər

ABŞ Prezidenti Donald Tramp Qəzzada döyüşlərin yaxın həftələrdə bitə biləcəyini açıqlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərin sualını cavablandırarkən deyib.

“Düşünürəm ki, yaxın 2-3 həftə ərzində siz olduqca inandırıcı nəticəni görə biləcəksiniz", - deyə Tramp bildirib.

O qeyd edib ki, nə vaxtsa bu məsələ həll olunacaq. “Bu bitməlidir, amma insanlar 7 oktyabrı unuda bilmirlər”,- deyə ABŞ Prezidenti əlavə edib. O, Benyamin Netanyahu ilə tez-tez əlaqə saxladığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə