...Avropa İttifaqının xarici işlər nazirləri 19-cu anti-Rusiya sanksiyalar paketini müzakirə etmək üçün avqustun 30-u şənbə günü görüşəcək.
SİA xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Danimarkanın Avropa İttifaqına sədrliyi məktubunda Rusiyanı atəşkəs əldə etməyə inandırmaq üçün ona qarşı təzyiqləri artırmağı təklif edib.
Nəşrin yazdığına görə, təzyiq konkret olaraq 19-cu sanksiyalar paketinə aiddir.
Bundan əvvəl Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb əmin olduğunu bildirib ki, Rusiya Federasiyasının Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi ilə bağlı Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının siyasətini müəyyən etmək hüququ yoxdur. Müvafiq bəyanat “Fox News” telekanalının “One Nation” proqramına müsahibəsində verilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə