Drezdendə tramvayda baş verən bıçaqlı hücum nəticəsində ABŞ vətəndaşı ağır xəsarət alıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, tramvayda qadın sərnişinləri təhqir edən iki nəfərlə hadisəyə müdaxilə edən 21 yaşlı ABŞ vətəndaşı arasında qarşıdurma yaranıb. Həmin şəxslər ABŞ vətəndaşına bıçaqla xəsarət yetirərək tramvaydan qaçıblar. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqədar 21 yaşlı Suriya vətəndaşı şübhəli şəxs qismində saxlanılıb. Digər şübhəlinin axtarışları davam etdirilir.
Qeyd edək ki, ABŞ mediası da bu hadisə barədə xəbərə geniş yer verib.
Bütün xəbərlər Facebook səhifəmizdə