Ukraynaya qarşı 3,5 il davam edən genişmiqyaslı müharibədə ruslar ilk dəfə ciddi güzəştə getdilər.
SİA-nın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti C.D.Vens NBC Meet the Press telekanalına müsahibəsində deyib.
...Mən demirəm ki, ruslar hər şeyə güzəştə gediblər. Amma onlar etiraf ediblər ki, müharibədən sonra Ukraynanın ərazi bütövlüyünü tanıyacaqlar.
Vansın sözlərinə görə, ruslar artıq Ukraynada “marionet rejim” qura bilməyəcəklərini etiraf ediblər.
O, xatırladıb ki, işğalçılar bunu genişmiqyaslı işğalın lap əvvəlindən istəyirdilər.
...Onlar həqiqətən də bəzi əsas tələbləri ilə bağlı çevik olmağa hazır olduqlarını nümayiş etdirdilər. Müharibəyə son qoymaq üçün nəyin lazım olduğunu müzakirə etdilər.
Bunu ABŞ vitse-prezidenti vurğulayıb.
Bununla belə, Vens etiraf edib ki, Rusiya atəşkəs istəmir.
O hesab edir ki, bunun bir neçə səbəbi var.
...Biz Rusiyanın hərəkətlərinə nəzarət etmirik; əgər nəzarət etsəydik, müharibə yeddi ay əvvəl bitərdi..
ABŞ vitse-prezidenti əmin edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə