Rusiya xarici işlər naziri Sergey Lavrov Amerikanın “NBC News” telekanalına müsahibəsində deyib ki, Rusiya Ukrayna prezidenti Vladimir Zelenskini faktiki Ukrayna rejiminin başçısı kimi tanıyır, lakin konstitusiyaya görə o, qeyri-legitim sayılır.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bu statusda Zelenski ilə görüşməyə hazırdır, lakin belə görüş Ukrayna liderinin legitimliyinin tanınması demək olmayacaq. ...Xeyr, biz onu rejimin faktiki rəhbəri kimi tanıyırıq. Biz onunla bu statusda görüşməyə hazırıq.
SİA-nın məlumatına görə, TASS nazirin sözlərindən sitat gətirir.
...Hüquqi sənədlərin imzalanmasına gəldikdə, hər kəs imzalayanın qanuni olduğunu aydın başa düşməlidir.
Lavrov vurğulayıb ki, hüquqi sənədlər imzalanarkən tərəflərin legitimliyini nəzərə almaq lazımdır.
Nazir qeyd edib ki, Ukrayna tərəfində sənədləri kimin imzalayacağı məsələsi son dərəcə vacibdir və görüşün diqqətlə hazırlanmasını tələb edir.
Rusiya həm də Zelenski ilə siyasi legitimliyi təmin etmədən yalnız onun de-fakto səlahiyyətləri çərçivəsində qarşılıqlı əlaqə qurmağı hədəfləyirş
Bunu da Lavrov vurğulayıb.
Bundan əvvəl Rusiya və Ukrayna BƏƏ-nin vasitəçiliyi ilə növbəti hərbi əsir mübadiləsi həyata keçirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə