...Sentyabrda Ukrayna Kanadanın yardım paketindən 1 milyard Kanada dollarından (700 milyon ABŞ dollarından çox) pilotsuz təyyarələr, döyüş sursatları və zirehli maşınlar alacaq.
SİA xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni Kiyevdə Müstəqillik Gününü qeyd edərkən bildirib.
Karni xatırladıb ki, iyunda keçirilən G7 sammiti zamanı Kanada Ukraynaya daha 2 milyard Kanada dolları hərbi yardım ayırmağa söz verib.
...Bu məbləğin 1 milyarddan çoxunun gələn ay gələcək pilotsuz təyyarələr, döyüş sursatları və zirehli texnikaların tədarükü ilə silah arsenalınızı gücləndirmək üçün istifadə olunacağını qürur hissi ilə elan edirəm.
Bundan əlavə, Kanada təcili tibbi yardım, bomba sığınacaqlarının tikintisi, yerli demokratiyaya dəstək və Ukraynanın kibermüdafiəsinə on milyonlarla dollar ayıracaq.
Karni vurğulayıb ki, ölkəsi həm Rusiyanın təcavüzünə qarşı mübarizədə, həm də müharibədən sonrakı bərpa işlərində Ukraynanın etibarlı müttəfiqi olaraq qalacaq.
...Putini dayandırmaq olar. Rusiya iqtisadiyyatı zəifləyir. O, getdikcə təcrid olunur. Bizim ittifaqımız güclənərkən, daha qətiyyətli və birləşir, -deyə Karni vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə