İngiltərənin Bedford şəhərində hava şarı gözlənilmədən yaşayış küçəsinə enib. SİA “Telegraph”a istinadla xəbər verir ki, hava şarı darısqal küçədə, sıralanmış evlər və parklanmış avtomobillər arasında problemsiz eniş edib. Hadisə nəticəsində xəsarət alan olmayıb, şar yalnız yerə toxunub.
Britaniya Hava Şarları Klubunun məlumatına görə, eniş insidentsiz başa çatıb və oradakı hər kəsin vəziyyəti yaxşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə