...Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Trampa məktub göndərərək Qəzza zolağında aclıqdan və bombardmanlardan ölən uşaqlara kömək istəyib.
SİA-nın məlumatına görə, bu barədə “Anadolu” xəbər verir. Agentliyin məlumatına görə, Əminə Ərdoğan Melaniya Trampa səmimi ehtiramını ifadə edib və 2019-cu ildə Ağ Evdə aldığı səmimi qarşılanmanı hələ də xatırladığını bildirib. Türkiyənin birinci xanımı qeyd edib ki, Melaniya Trampın Rusiya prezidenti Vladimir Putinə bu yaxınlarda yazdığı məktub ABŞ-ın birinci xanımının cari hadisələrə həssaslığından bəhs edir.
…İnanıram ki, siz ukraynalı uşaqlara göstərdiyiniz həssaslığı, son iki ildə 18 mini uşaq olmaqla 62 min günahsız dinc sakinin öldürüldüyü Qəzzaya qarşı daha böyük həssaslıq göstərəcəksiniz, - Əminə Ərdoğan qeyd edib.
Ərdoğanın xanımı vurğulayıb ki, təkcə Ukrayna uşaqları deyil, Fələstin uşaqları da sevincə, azadlığa və ləyaqətli gələcəyə layiqdirlər.
Türkiyənin birinci xanımı, "İsrailin baş naziri Benyamin Netanyahuya Qəzzada humanitar böhrana son qoymaq üçün təkidli çağırışla məktub göndərsəniz, bu, son dərəcə vacib olardı" deyib.
…Əminə Ərdoğan, Qəzzadan sağ qalan bir milyondan çox uşağı xilas etmək şansımız hələ də var, - yazıb
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə