Prezidentlər Donald Tramp və Vladimir Putin arasında Alyaskada danışıqlardan cəmi bir həftə və Ağ Ev sammitindən dörd gün sonra məlum oldu ki, prezident Trampın tezliklə sülhə nail olmaq üçün yeni cəhdləri, görünür, yenidən dalana dirənib və ABŞ prezidentinin özünün nikbinliyi səngiyib.
SİA-nın məlumatına görə, bu barədə The Wall Street Journal yazır.
Cümə axşamı, avqustun 21-də Tramp özünün Truth Social sosial şəbəkəsində yazıb ki, Ukraynanın Rusiya ərazisinə hücumlar olmadan müharibədə qalib gəlmək şansı faktiki olaraq yoxdur.
…Bu, hücum oynamağa icazə verilməyən fantastik müdafiəsi olan böyük idman komandası kimidir. Qalib gəlmək şansı yoxdur! o, "Ukraynaya cavab verməyə, yalnız özünü müdafiə etməyə imkan verməyən" sələfi Cozef Baydeni bir daha tənqid edərək yazdı.
The Wall Street Journal yazır ki, indi Tramp bir daha yeddi aylıq prezidentliyi boyu keçirdiyi seçim qarşısında qalıb: o, Vladimir Putinə nə qədər təzyiq göstərməyə hazırdır və Ukrayna prezidenti Vladimir Zelenskini dəstəkləmək üçün nə qədər irəli getməyə hazırdır.
Qəzetin hesab etdiyi kimi, artıq aydındır ki, Trampın Putinlə Zelenski arasında onun iştirakı ilə və ya iştirakı olmadan tez görüşə dair ümidləri özünü doğrultmayıb.
Amerika və Avropa rəsmiləri Ukraynada yerləşdirilə biləcək sülhməramlı qüvvələrin mümkün formatını müzakirə edərək, Kiyev üçün təhlükəsizlik təminatları üzrə danışıqları davam etdirirlər – baxmayaraq ki, Kreml artıq açıq şəkildə bəyan edib ki, xarici qoşunların Ukrayna ərazisində olması onu qane etməyəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə