Moskva metrosunda niqablı qadın sərnişinə yumruqla hücum edib..?

Moskva metrosunda niqablı qadın onu təhqir etdiyi iddia edilən sərnişinə hücum edib.

SİA-nın məlumatına görə, hadisənin videosunu bağlanan “Bad News 18+” Telegram kanalı yayıb.

Şahidlər iki qadın və slavyan görünüşlü bir kişi arasındakı münaqişənin yalnız bir hissəsini qeyd ediblər.

Görüntülərdə onlardan birinin təhqirə cavab olaraq rəqibinin üzünə vurduğu görünür. Bu zaman üzü niqablı olan başqa bir qadın qurbana ardıcıl zərbələr endirir. Sonda davanı metropoliten işçiləri dayandırıb.

Paytaxt Daxili İşlər Nazirliyi hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Bundan əvvəl Mahaçqalada uşaq meydançasında iki hicablı rus qadının davası videoya çəkilib.

Görüntülərdə hicablı qadınlardan birinin digərini yerə yıxaraq onu döyməyə başladığı görünür.

Telegram kanalının məlumatına görə, təcavüzkar rəqibinin burnunu ciddi şəkildə zədələyib. Zərərçəkmiş iddia edir ki, bu, hücumçunun oyun meydançalarında davaya başlaması ilk dəfə deyil.

Həmçinin qadının sözlərinə görə, münaqişədən əvvəl təcavüzkar onun telefon nömrəsini naməlum kişilərə verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə