NATO-nun 2026-cı il sammiti Ankarada keçiriləcək

NATO-nun növbəti sammiti 2026-cı il iyulun 7-8-də Ankarada keçiriləcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Baş katib Mark Ruttenin bu bəyanatını blokun mətbuat xidməti yayıb.

“İyulun 7-8-də Ankarada NATO sammitinə ev sahibliyi edəcəyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm”, - o deyib.

Rutte bildirib ki, Ankaradakı görüşdə NATO ölkələrinin liderləri bugünkü çağırışlara cavab hazırlamağa davam edəcəklər.

Qeyd edək ki, Türkiyə son 25 ildə ikinci dəfə alyans sammitinə ev sahibliyi edəcək. Daha əvvəl 2004-cü ildə sammit İstanbulda keçirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə