O, əməkdaşların tərəfində vuruşurdu...
Döyüşlərin birində, tanınmamış LPR-nin 3-cü birləşmiş silahlı ordusunun kəşfiyyat bölməsi Aleksandr Milonov yaralanaraq xəstəxanaya aparılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya Telegram kanalı Shot yazır.
Deməli, yaranın ağırlaşması səbəbindən yaralı dünyasını dəyişib.
Və avqustun 19-da deputatın qardaşı Sankt-Peterburqda pravoslav ayinində dəfn edilib.
SİA elə rus saytlarına istinadən xatırladır ki, Vitali Milonov qanun layihələri ilə məşhurlaşan iyrənc rusiyalı deputatdır.
O, müxtəlif vaxtlarda homoseksual münasibətlərə, Avropaya, fast fooda, Olqa Buzovaya və təkamül nəzəriyyəsinə qarşı çıxış edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə