Rosqvardiya əməkdaşları Moskva bazarında 70 miqrantı saxlayıb. SİA xəbər verir ki, bu barədə Rusiya Qvardiyasının Moskva üzrə Baş İdarəsinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, onlardan 20-si hərbi komissarlığa göndərilib. Miqrantlar Çerkizovskaya küçəsində yerləşən bazarın ərazisində saxlanılıblar.
Qeyd edilir ki, məqsəd onların sənədlərinin miqrasiya qeydiyyatı məlumat bazası üzrə yoxlanışı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə