Ukraynasız belə qərarlar qəbul edilə bilməz...
Sərhədləri ilə bağlı qərarları yalnız Ukrayna verə bilər, çünki onları zorla dəyişdirmək olmaz.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen prezident Vladimir Zelenski ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında deyib.
...Ukraynadakı hər hansı ərazi məsələlərinə gəlincə, bizim mövqeyimiz aydındır: beynəlxalq sərhədləri güc yolu ilə dəyişdirmək olmaz. Bunlar Ukraynanın və yalnız Ukraynanın qəbul etməli olduğu qərarlardır və bu qərarlar Ukraynanın iştirakı olmadan qəbul edilə bilməz.
Bunu AK prezidenti bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə