ABŞ-ın Nyu-York şəhərinin Bruklin bölgəsində gecə klubunda atışma baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nyu-York şəhər polisinin yaydığı məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Polis atəşin bir neçə nəfər tərəfindən açıldığını və hələ heç kəsin məsuliyyətə cəlb olunmadığını açıqlayıb.
Hadisənin digər detalları araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB