Putin Trampla danışıqları konstruktiv və faydalı adlandırıb

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla danışıqları faydalı və konstruktiv adlandırıb. SİA xəbər verir ki, bu barədə Putin dar tərkibdə danışıqların yekunlarına dair iki ölkə liderlərinin birgə mətbuat konfransında deyib.

"Danışıqlarımız hörmətli və konstruktiv atmosferdə keçdi. Onlar çox əsaslı və faydalı oldu", - deyə Putin qeyd edib.

Putin əlavə edib ki, Rusiya Ukraynanın təhlükəsizliyinin təmin edilməsinin vacibliyi fikri ilə razılaşır və Moskva bu istiqamətdə işləməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə