Tramp: Putinlə görüşün uğursuzluqla nəticələnməsi ehtimalı 25 faizdir

“Rusiya Prezidenti Vladimir Putinlə görüşün uğursuzluqla nəticələnməsi ehtimalı 25 faizdir”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib. Nəticə uğurlu olarsa, o, Ukrayna Prezidenti Volodimir Zelenskini üçtərəfli görüş üçün Alyaskaya dəvət edə biləcəyini açıqlayıb.

ABŞ lideri əlavə edib ki, Putinlə birgə mətbuat konfransının keçirilməsinə hələ qərar verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə