Alyaskadakı ukraynalı qaçqınlar Putinin gəlişinə hazırlaşırlar...

Onlar qarışıq hisslərə sahibdirlər.

...Alyaskada Rusiyanın 2022-ci ildə işğalından sonra gələn minə yaxın ukraynalı qaçqın yaşayır. Onlar çörəkbişirmə və balıqçılıqda iş tapıb, həyatlarını qurub və sərt qışlara uyğunlaşıblar. Amma indi, ABŞ prezidenti Donald Tramp və Putin arasında Ankoricdə keçirilən sammit ərəfəsində onların hissləri qarışıqdır - narahatlıqdan ümidə...

SİA-nın məlumatına görə, bu barədə New York Times yazır.

Müharibə başlayandan qısa müddət sonra iki uşağı ilə Kiyevdən qaçan Lyudmila Stretoviç deyir ki, onun burada olacağını qəbul etmək çətindir...

Anası Ukraynada qalır, əmisi oğlu isə cəbhədə həlak olub. Bir çox ukraynalı yerli polislə problemlərdən qorxaraq küçə etirazlarında iştirak etməkdən yayınır.

Bəziləri yaşamaq icazələrinin müddəti bitdikdən sonra artıq ABŞ-ı tərk etmək məcburiyyətində qalıblar.

İnsanlar etiraz etmək əvəzinə kilsə icmalarında baş verənləri müzakirə edir və sülh üçün dua edirlər.

2023-cü ildə qızları ilə gələn Yuliya Maiba etiraf edir ki, ...məni narahat edən yeganə şey ailəmin sağ olmasıdır.

Yerli hakimiyyətlər sammiti Alyaskanın strateji əhəmiyyətinin nümayişi kimi qiymətləndirir, lakin bəzi sakinlər maddi-texniki çətinliklərdən və yerli xalqların və Ukrayna icmasının səslərinin nəzərə alınmamasından narahatdırlar.

Putinlə mümkün razılaşmalara şübhə ilə yanaşsa da, çoxları sülhə ümid etməkdə davam edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə