...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə telefonla Ukrayna münaqişəsinin həllini müzakirə edərək, İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda irəliləyiş olduğunu qeyd edib.
SİA xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası söhbətdən sonra məlumat verib.
...Prezident Ərdoğan İstanbulda Ukrayna ilə Rusiya arasında daimi atəşkəsə nail olmaq məqsədi ilə başlayan danışıqlarda irəliləyiş əldə olunduğunu qeyd edib. O, bu prosesin humanitar sahədə müsbət dəyişikliklərə gətirib çıxara biləcəyi qənaətində olduğunu bildirib.
Məlumatda deyilir.
Qeyd olunub ki, NATO-nun baş katibi “Alyaska sammitindən əvvəl Ukraynadakı vəziyyəti dəyərləndirib”.
Bununla bağlı Türkiyə lideri qeyd edib ki, ölkəsi qarşıdakı danışıqların gedişini diqqətlə izləyəcək. Türkiyə prezidentinin administrasiyası izah edib ki, telefon danışığı NATO baş katibinin xahişi ilə baş tutub.
Tərəflər Ukraynadakı nizamlanma ilə yanaşı, regional və beynəlxalq məsələləri də müzakirə ediblər.
İyulun 23-də İstanbulda Ukrayna nizamlanması üzrə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu keçirilib. Görüşdən əvvəl tam tərkibdə nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov təkbətək söhbət ediblər.
Danışıqlar tam həcmdə 40 dəqiqəyə yaxın davam edib, bu müddət ərzində tərəflər memorandum layihələrində nəzərdə tutulan mövqeləri müzakirə ediblər.
Görüşün yekununda tərəflər təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılığa gəliblər. Rusiya Ukraynaya siyasi, hərbi və humanitar məsələləri həll etmək üçün üç onlayn işçi qrupu yaratmağı təklif edib.
Bundan əlavə, Moskva Kiyevə Ukrayna Silahlı Qüvvələrinin daha 3000 hərbçisinin cəsədini təhvil verməyi, həmçinin yaralıların və ölənlərin cəsədlərinin toplanması üçün cəbhə xəttində qısa humanitar fasilələrə qayıtmağı təklif edib. Medinski bildirib ki, danışıqların dördüncü raundu ilə bağlı qərar yeni razılaşmalar həyata keçirildikdən sonra qəbul ediləcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə