Çin XİN rəhbəri Vanq Yi növbəti həftə Yeni Dehliyə səfər edəcək və Hindistan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Dovalla görüş keçirəcək.
SİA-nın məlumatına görə, bu barədə iki anonim mənbə “Reuters”-ə məlumat verib.
Qeyd olunana görə, tərəflər sərhədboyu bölgədə mübahisəli ərazilər barədə müzakirələr aparacaqlar.
Əlavə olaraq, Hindistanın Baş naziri Narendra Modi bu ayın sonunda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinə səfər edəcək.
Onun bu səfəri Hindistan Baş nazirinin son 7 il ərzində Çinə ilk səfəri olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə