Müasir müharibə aparmaq təcrübəsi olan üç ölkə...

Budanov onların arasında Ukraynanın da adını çəkir...

Dünyada faktiki olaraq bütün mövcud vasitələrdən istifadə etməklə geniş cəbhədə müasir müharibə aparmaq təcrübəsi ilə öyünə bilən cəmi üç ölkə var.

Onlar Ukrayna, Rusiya və hazırda döyüş bacarıqlarını fəal şəkildə məşq edən Şimali Koreyadır.

SİA-nın məlumatına görə, bunu “The Japan Times” qəzetinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

...Hazırda dünyada yalnız üç ölkə var ki, onların çox geniş cəbhədə praktiki olaraq bütün mövcud vasitələrdən istifadə etməklə müasir müharibə aparmaq təcrübəsi var: Ukrayna, Rusiya və Şimali Koreya...

Bunu deyən Budanov qeyd edib ki, Rusiya Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakını səxavətlə maliyyələşdirir.

...Kreml bütün hərbi texnika və qoşunların pulunu ödəyir. Söhbət on milyardlarla dollardan gedir və dünyanın ən təcrid olunmuş ölkələrindən biri olan Şimali Koreyanın iqtisadiyyatı üçün bu, çox ciddi puldur.

Bunu da Ukrayna kəşfiyyatının rəhbəri bildirib.

Budanov onu da vurğulayıb ki, bu tərəfdaşlıq Ukraynadakı müharibə ilə məhdudlaşmır və daha geniş geosiyasi ölçüyə malikdir.

...Biz daim vurğulayırıq ki, Moskva və Pxenyan arasında əməkdaşlıq təkcə Ukrayna üçün təhlükə yaratmır, - o əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə