Ukrayna hakimiyyəti MDB çərçivəsində daha bir sazişdən çıxıb. SİA xəbər verir ki, bunu hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk bildirib. "Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin fövqəladə hallar zamanı üçüncü ölkələrdən öz vətəndaşlarının təxliyəsi sahəsində qarşılıqlı fəaliyyət haqqında Sazişdən çıxma barədə" qanun layihəsi təsdiqlənib", - o bildirib. Sözügedən sənəd 1996-cı ilin aprelində imzalanmışdı. Xatırladaq ki, rəsmi Kiyev daha öncə də MDB çərçivəsində bağlanmış bir sıra sazişlərdən çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə