"Roskomnadzor” teleqram və vatsapda səsli zəngləri qismən məhdudlaşdırır. SİA xəbər verir ki, bu barədə qurum öz saytında məlumat yayıb.
Bu qərarını isə cinayətkarlara qarşı atdığını açıqlayıb.
Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi də bildirib ki, telegram və vatsap hakimiyyət orqanlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Rusiya qanunvericiliyinin tələblərinə əməl etməkdən imtina edir.
Xüsusilə, şirkətlər Rusiyada kütləvi fırıldaqçılıq halları və terror aktlarının planlaşdırılması və törədilməsinə dair faktlar barədə hüquq-mühafizə orqanlarının sorğusu ilə məlumat vermirlər.
“Amma xarici kəşfiyyat xidmətlərinin tələbi ilə bu cür məlumatların verilməsi üçün bütün tələblər operativ şəkildə yerinə yetirilir” , - deyə nazirlik bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə