...XKillRoy ləqəbli Reddit istifadəçisi alfons (...onlara “jiqolo” da deyirlər –A.B.) peşəsinin çətinliklərindən danışıb. Deməli, “kişi”nin dediyinə görə, həyatının son 20 ilində pul və hədiyyələr qarşılığında varlı qadınlarla yaxın əlaqədə olub.
... SİA gəncin dediklərinə istinadən, hər şeyin 2003-cü ildə, onun hələ 19 yaşı olanda və qolf klubunda qolf arabası valeti kimi işləyəndə başlayıb.
Deməli, onun dediyinə görə, klubun qadın üzvlərindən biri ilə - əri demək olar ki, heç vaxt yanında olmayan heyrətamiz 40 yaşlı sarışınla tanış oldum. Danışdıq və güldük, sonra hər şey daha şəxsi oldu və nəhayət...yataqda qaldıq. Bir gün sonra o, mənə dörd min dollar verdi. Özü də nağd şəkildə...həyatda o günə qədər görmədiklərimdən çox...
...Sonrakı iki il ərzində o, tez-tez həmin qadının yanına gedib və bunun sayəsində “gənc” bir çox yeni tanışlıqlar əldə edib. Daha sonra bu qadınların bir çoxu ilə ərlərindən gizli görüşüb və yaxınlıq edib.
Onun sözlərinə görə, son iki onillikdə yatağında ərlərinin sərvəti səkkiz və doqquz rəqəmli rəqəmlərdə olan çoxlu məşuqələri olub. O, bir dəfə dörd günlük müşayiət üçün 170 min dollar aldığını bildirib.
...Bunlar tamamilə fərqli iqtisadi reallıqda yaşayan insanlardır. Düşünmədən bir şüşə şərab və ya saata eyni məbləği xərcləyəcəklər. Onlar üçün bu, zərurət və ya artıqlıqdan getmir. Söhbət onların hazırda nə istədikləri və onu əldə etmək imkanlarından gedir. Mən isə sadəcə onların istədiklərinin bir hissəsi idim...
Alfons öz fikrini bölüşüb və əlavə edib ki, bu peşədə demək olar ki, hər şey yalnız xarici görünüş, bədən quruluşu və irqdən asılıdır.
Onun sözlərinə görə, bir çox varlı qadınlar müəllifin mənsub olduğu afroamerikalılara üstünlük verirlər. O, bu zövqləri "çox spesifik" adlandırdı, lakin çoxları üçün ümumidir.
...Dəbdəbə və təsir kənardan ideal görünür, lakin bu zəngin insanların əksəriyyətinin həyatı əslində boşdur. Qalalarda təbəssümlər, tətil fotoşəkilləri, mükəmməl evliliklər...
Bütün bunlar sadəcə görünüşünü qorumaq üçün lazım olan bir fasaddır. Amma bağlı qapılar arxasında yalnız tənhalıq və cansıxıcılıq var...
Bu da alfonsun dedikləridir.
...Daha əvvəl Reddit-in başqa bir istifadəçisi yaşlı amerikalı qadınla münasibətdə bilmədən girovuna çevrildiyini danışmışdı. Onlar 12 il əvvəl Rusiyadan olan bir nəfər ABŞ-ı fəth etməyə gedəndə və bahalı oteldə işə düzələndə tanış olmuşdular.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə