İtaliyada Afrika antisiklonunun güclənməsi səbəbindən qarşıdakı iki gün üçün 16 şəhərdə qırmızı hava xəbərdarlığı elan edilib. SİA xəbər verir ki, həmin şəhərlər paytaxt Romada, eləcə də Bolonya, Bolzano, Breşiya, Kampobasso, Florensiya, Frozinone, Genuya, Latina, Milan, Peruccia, Rieti, Turin, Venesiya, Verona və Viterbodur.
Ölkədə növbəti günlərdə havanın temperaturunun 40 dərəcəni ötəcəyi bildirilib. Xroniki, xüsusilə ürək xəstələrinin və həssas insanların daha diqqətli olmaları məsləhət görülüb. Əhaliyə kölgə yerlərdə qalmaq və günorta saatlarında küçəyə çıxmamaq tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə