Fransanın məşhur avtomobil istehsalçısı “Renault” yüz minlərlə avtomobili geri çağırır. SİA xəbər verir ki, iki böyük texniki qüsur səbəbilə bu qərar verilib. Məlumata görə, geri çağırmanın səbəbi yanacaq xəttindəki problem və yanacaq sızması ilə bağlıdır. İlk olaraq, Cənubi Koreyada istehsal edilən ikinci nəsil “Renault Koleos” modelləri geri çağırılıb. İkinci və daha geniş geri çağırma kampaniyası 155 min 825 “Renault” avtomobilini əhatə edəcək. Bu 2019-cu il aprelin 5-dən 2022-ci il sentyabrın 26-dək istehsal edilmiş bütün 1.6 hibrid və plug-in hibrid modellərinə şamil ediləcək. Ümumilikdə, 155 min 825 ədəd “Renault”un “Clio 5”, “Captur 2”, “Arkana” və “Megane 4”, eləcə də 79 ədəd “Dacia Jogger” modeli yoxlamadan keçməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə