Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

Böyük Britaniyanın vergi xidməti (HMRC) ilk dəfə olaraq süni intellekt (AI) texnologiyasından istifadə edərək vergiödəyicilərinin sosial şəbəkə paylaşımlarını izlədiyini təsdiqləyib. SİA xəbər verir ki, qurum əməkdaşların maliyyə qeydlərini, xərcləmə vərdişlərini və vergi bəyannamələrini araşdırmaqla yanaşı, internetdəki paylaşımlarını da təhlil edir. Sosial mediada bahalı alış-veriş və ya lüks tətil ilə bağlı paylaşımlar, istifadəçinin imkanlarından artıq xərclədiyini göstərirsə, bu, xüsusi diqqətə səbəb ola bilər.

HMRC sözçüsü isə bildirib ki, sosial media monitorinqi yalnız cinayət təhqiqatlarında, möhkəm təhlükəsizlik təminatları ilə tətbiq olunur. Bununla belə, süni intellekt texnologiyasının inkişafı, gələcəkdə HMRC-nin bu üsulu daha geniş miqyasda tətbiq edə biləcəyi ilə bağlı narahatlıqlar yaradır.

Qeyd edək ki, sosial media paylaşımlarının araşdırılması üçün istifadə edilən bu alətlər HMRC-nin gündəlik vergi yoxlamalarında maliyyə məlumatlarını təhlil edən “Connect” adlı ayrıca IT sistemi ilə yanaşı fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə