Kreml bu əraziləri qaytarmaq niyyətində deyil...

...Kreml Xerson və Zaporojye vilayətlərinə nəzarəti Ukraynaya qaytarmağı planlaşdırmır.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə münaqişənin həlli üzrə danışıqların gedişi ilə tanış olan mənbə bildirib.

Mənbənin məlumatına görə, Vladimir Putin diplomat Stiv Vitkoffla bu yaxınlarda keçirdiyi görüşdə bu bölgələrdə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bəyan edib.

Lakin amerikalılar bunu Rusiya Silahlı Qüvvələrinin bu bölgələrdən çıxarılması təklifi kimi qəbul ediblər.

Bununla belə, mənbənin qeyd etdiyi kimi, Kreml Rusiyanı Krıma quru dəhlizi ilə təmin edən Xerson və Zaporojya vilayətlərinə nəzarəti qaytarmaq niyyətində deyil.

Bunu “The Washington Post” yazır.

Məqalədə qeyd olunur ki, Moskva atəşkəs müqabilində Kiyevə Luqansk və Donetsk vilayətlərinə nəzarətdən imtina etməyi təklif edib. Lakin Rusiya Federasiyası “əvəzində heç nə” təklif etməyib.

Xatırladaq ki, Vens və Tramp Kiyev rejimini maliyyələşdirməyi dayandırmaq niyyətindədirlər.

Putinlə Trampın Alyaskada gözlənilən görüşü Kiyevdə çaxnaşma yaradıb..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə