"Ukrayna öz gələcəyini özü müəyyənləşdirməlidir..."

Mark Rutte müharibənin sona çatması ilə bağlı mümkün razılaşmanın bir hissəsi olaraq açıqlama verib

NATO-nun baş katibi Mark Rutte hesab edir ki, Kiyev NATO-ya üzvlük məsələsi də daxil olmaqla, müharibəni dayandırmaq üçün mümkün razılaşma çərçivəsində öz gələcəyini müəyyən etmək hüququna malik olmalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, bu barədə ABC News-a müsahibəsində bildirib.

Rutte həmçinin bildirib ki, ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında avqustun 15-də keçiriləcək sammit müharibəyə son qoymaq yolunda mühüm sınaq olacaq.

Ruttenin sözlərinə görə, Rusiya Ukraynanın öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır.

...Bu, əlbəttə ki, təhlükəsizlik təminatları haqqındadır, həm də Ukraynanın öz gələcəyini özü müəyyən etdiyini, Ukraynanın suveren dövlət olmasının mütləq zərurətindən bəhs edir,-o deyib.

NATO-nun baş katibi hesab edir ki, Tramp da bu şərtləri dəstəkləyir.

Ruttenin fikrincə, Şərqi Avropada NATO qoşunlarının mövcudluğuna da “heç bir məhdudiyyət” qoyulmamalıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə