İtaliyada Qərbi Nil virusuna yoluxma halları artmaqdadır

İtaliyada Qərbi Nil virusuna yoluxma halları artır. SİA xəbər verir ki, ötən gün daha iki nəfər virusa yoluxub. Onların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir.

İlin əvvəlindən ölkədə 170-dən çox insan bu virusa yoluxub, 16 nəfər ölüb. 2024-cü ildə isə bu virusa 460 yoluxma və 20 ölüm olub.

Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.

Bütün xəbərlər Facebook səhifəmizdə