Ərəb Dövlətləri Liqası İsrailin Qəzza şəhərini işğal etmək qərarını müzakirə etmək üçün sabah təcili iclas keçirəcək. SİA xəbər verir ki, bu barədə Ərəb Dövlətləri Liqasının Fələstin üzrə nümayəndəsi Muhannad əl-Akluk məlumat yayıb. Məlumata görə, iclasda Fələstin xalqının zorla köçürülməsi və İsrailin Qəzzadakı işğal planı müzakirə olunacaq. Qeyd edək ki, Ərəb Dövlətləri Liqasına 22 dövlət üzvdür.
Bütün xəbərlər Facebook səhifəmizdə