İtaliya Qəzzaya hava yolu ilə humanitar yardım çatdırıb

İtaliya Qəzza bölgəsinə hava yolu ilə humanitar yardımların çatdırılması əməliyyatına başlayıb. SİA xəbər verir ki, İordaniyanın paytaxtı Ammandakı aviabazaya çatdırılan humanitar yardımın artıq bir hissəsi təyyarə ilə Qəzzanın şimalına, sahilyanı əraziyə atılıb. İtaliya həftə ərzində Qəzzaya hava yolu ilə daha 100 ton humanitar yardım çatdıracaq.

İtaliyanın müdafiə naziri Quido Krosetto qeyd edib ki, ölkəsi bu əməliyyatla müharibədən əziyyət çəkmiş mülki əhalinin əzablarının azaldılmasına və insanların həyatını xilas etməyə kömək edir.

“Biz fövqəladə vəziyyətin aradan qaldırılması üçün dərhal müdaxilə edirik, eyni zamanda, sülhün ilkin şərti olan davamlı atəşkəs üçün siyasi və diplomatik səyləri dəstəkləməyə davam edəcəyik”, - deyə nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə