Uilyam Vebster 102 yaşında vəfat edib...

O, karyerasının əvvəlində prokuror vəzifəsində çalışıb...

...Tarixdə həm Federal Təhqiqatlar Bürosuna, həm də Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edən yeganə şəxs Uilyam Vebster 102 yaşında vəfat edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Amerika nəşrinin məqaləsində Vebsterin barışmaz dürüst adam olduğu bildirilir.

Bütün həyatı boyu məmur “hakim” deyə müraciət etməyi sevirdi. O, ölkəsini və onun qiymətli ali qanununu qorumaq üçün mübarizə aparıb.

Onun ölümü ilə bağlı məlumatı Vebsterin yaxın qohumları da təsdiqləyib. Ailəsinin yaydığı açıqlamada onun “qeyri-adi bir insan” olduğu bildirilir.

Uilyam Vebster 1978-1987-ci illərdə Federal Təhqiqatlar Bürosuna, sonra isə 1987-1991-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edib. Bu fakt onu hər iki vəzifəni tutan yeganə şəxs edir.

Nəşr qeyd edir ki, Vebster uzun illər Amerikanın milli təhlükəsizliyi sahəsində hörmətli şəxs olub. Federal Təhqiqatlar Bürosunun rəhbəri təyin edilməzdən əvvəl Uilyam hakim idi, ən azı səkkiz il bu vəzifəni tutub.

Və karyerasının əvvəlində dövlət xadimi prokuror vəzifəsində çalışıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə