Putin Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq...

...Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp görüşün tarixi və yeri barədə razılığa gəliblər.

SİA xatırladır ki, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında sülh danışıqları çərçivəsində görüş avqustun 15-də ABŞ-ın Alyaska ştatında keçiriləcək.

Tramp görüşün tarixini və yerini avqustun 9-na keçən gecə açıqlayıb.

Onun sözlərinə görə, gündəliyə münaqişənin həlli və “ərazilərin mübadiləsi” üzrə danışıqlar daxildir.

Məlumatı Putinin köməkçisi Yuri Uşakov da təsdiqləyib. Qeyd edək ki, Putin Alyaskaya səfər edən ilk Rusiya lideri olacaq.

Rusiya prezidentinin Amerikaya sonuncu səfəri on il əvvəl, 2015-ci ilin sentyabrında olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə