ABŞ Dövlət Departamenti və Ədliyyə Departamenti Venesuela prezidenti Nikolas Maduronun ABŞ-ın narkotik qanunlarını pozduğuna görə həbs edilməsinə səbəb olacaq məlumatlara görə mükafatı 50 milyon dollara qədər artırıb.
SİA-nın məlumatına görə, bunu dövlət katibi Marko Rubio bildirib.
Rəsmi şəxsin sözlərinə görə, Maduro on ildən artıqdır ki, Cartel de los Soles narkotik ticarəti qrupuna rəhbərlik edir.
25 iyul 2025-ci ildə ABŞ Maliyyə Nazirliyi Cartel de los Soles-i beynəlxalq statuslu terror təşkilatı elan edib.
…O, dünyanın ən böyük narkotik tacirlərindən biridir və milli təhlükəsizliyimizə təhdiddir.
Bunu ABŞ Baş prokuroru Pam Bondi deyib.
Maduroya qarşı məlumat üçün əvvəlki mükafat, 25 milyon dollar yanvar ayında təyin edilmişdi.
Xatırladaq ki, Venesuela hakimiyyətinin məlumatına görə, 2024-cü ilin iyulunda keçirilən seçkilərdə iştirak edən seçicilərin təxminən 51 faizi Maduronun üçüncü müddətə yenidən seçilməsinə səs verib.
Bununla belə, müstəqil müşahidələr göstərib ki, seçicilərin yarıdan çoxu müxalifət namizədi Edmundo Qonzales üçün səs verib.
Kütləvi etirazlar ölkəni bürüdü və dünya ictimaiyyətinin əhəmiyyətli bir hissəsi, o cümlədən Venesuelanın Latın Amerikası qonşularının əksəriyyəti rəsmən elan edilmiş seçki nəticələrini tanımırdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə